Güclü yağış Bakıda ciddi problemlər yaratdı - EKSKLÜZİV GÖRÜNTÜLƏR
Gecə Bakı və Abşeron yarımadasında güclü yağış yağdı. Şimşək çaxması və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış bir müddət davam etdi. Güclü yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr meydana gəldi.
Şəhərin əsas küçə prospektləri su basdı, maşınlar yol qaldı. Heydər Əliyev prospektindəki tunellərdə vəziyyət daha ciddi idi. Bəzi maşınların tuneldə hava şəraiti ilə əlaqədar tıxac yaranan ərazilərdə olub. Babək prospektində küçə işıqlarının sönməsi isə sürücülərin işini daha da çətinləşdirmişdi.
Bakının bəzi ərazilərinə elektrik enerjisinin verilməsində fasilə yarandı.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu Bakı və Abşeron yarımadasına yağış yağacağı barədə xəbərdarlıq etmişdi. Sinoptiklərin proqnozlarına görə, bu gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir.