Moskvada İŞİD-çi azərbaycanlıya hökm oxundu

İŞİD terror təşkilatına qoşulub, Suriyada döyüşən azərbaycanlıya hökm oxunub.

 

APA TV-nin məlumatına görə, Moskva vilayətinin İstra şəhər məhkəməsi 54 yaşlı azərbaycanlı Vahid Sarıyevi 4 il həbsə məhkum edib.

 

Sarıyev qanunsuz silahlı formalaşmada iştirakda ittiham olunub. Aparılan istintaq nəticələrinə görə, Vahid Sarıyev 2013-cü ilin sonunda Suriyaya gedərək burada İŞİD terror qruplaşmasının sıralarına daxil olub. O ifadəsində bildirib ki, İstanbula gələndən sonra tanımadığı şəxsə pul verərək sərhədi keçib. Raqqa şəhərinə gəldikdən sonra İŞİD-ə qoşulan Vahid Sarıyevə ümumqoşun döyüşü, partlatma işi və yaralanmalar vaxtı ilkin tibbi yardımın göstərilməsi metodları öyrədilib.

 

İki il ərzində 54 yaşlı Vahid terrorçular tərəfində vuruşub. Ancaq 2015-ci ilin başlanğıcında o, Moskva vilayətinə - yaşadığı İstra şəhərinə qayıtmağa qərar verib. Qayıdışın səbəbi kimi Sarıyev döyüşlərdən yorulduğunu bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv