Los Ancelesdə mindən çox məktəb bağlandı - PARTLAYIŞ TƏHLÜKƏSİ
Los Ancelesdə partlayış təhlükəsi ilə əlaqədar 1000-dən çox məktəb bağlanıb. APA TV-nin məlumatına görə, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, bağlanılan təhsil müəssisələrində 640 minədək şagird təhsil alır. Polis əməkdaşları məktəblərin hamısında axtarış keçirmək niyyətindədirlər.
“Reuters”in məlumatına görə, partlayış təhdidi Almaniyaya məxsus elektron ünvandan gəlib. Elektron poçt ünvanı Frankfurtda qeydə alınıb.
Partlayış təhdidi Regional Şuranın üzvünə ünvanlanıb, məlumatın mənbəyi artıq müəyyən edilib.