Vəkil Elton Quliyev vəfat etdi

Azərbaycanın tanınmış vəkillərindən biri olan Elton Quliyev vəfat edib.

 

APA-nın xəbərinə görə, bu barədə vəkil Adil İsmayılov “Facebook” səhifəsində yazıb. E. Quliyev uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

 

Qeyd edək ki, 1956-cı il təvəllüdlü E.Quliyev 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər İdarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1991-ci ildə öz istəyi ilə daxili işlər orqanlarından çıxıb.

 

E.Quliyev 1996-cı ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvü olub.

Müəllif | Apa.Tv
Apa.tv