Dollar bahalaşdı, avro ucuzlaşdı - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları dekabrın 15-i ilə müqayisədə manat qarşısında bahalaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0495 manat olaraq müəyyənləşdirib.

 

Avronun kursunda isə ucuzlaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,477 manatdır.

 

Rusiya rublu ötən gün olduğu kimi qalıb. Hazırda 1000 rublun rəsmi kursu 14 manat 90 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.

Müəllif | Apa.Tv
Apa.tv