"Bloomberg": İŞİD neftin qiymətinin 100 dollara qalxmasına səbəb olacaq

"Bloomberg" agentliyi 2016-cı ildə müəyyən ssenarilərin reallaşacağı təqdirdə, baş verə biləcək hadisələrin siyahısını dərc edib.

 

APA TV-nin “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ekspertlərin proqnozlaşdırdığı belə hadisələrdən də biri neftin bir barelinin qiymətinin 100 dollaradək qalxa bilməsi ehtimalıdır.

 

Bu cür ssenarinin İŞİD-in Yaxın Şərqdə neft sənayesinin əsas infrastruktur obyektlərinə  hücum edəcəyi və ya OPEK-in Venesuela və Əlcəzair kimi üzv ölkələrində siyasi vəziyyətin  gərginləşəcəyi təqdirdə inkişaf edəcəyi ehtimal olunur. Bu hadisələr 2016-cı ildə dünya bazarında neftin defisitinə və enerji daşıyıcılarına tələbatın qəfil artmasına gətirib çıxaracaq.  

 

Bundan başqa, bu cür ssenarinin baş verəcəyi təqdirdə, alternativ enerji mənbələrinə sərmayələrin həcminin xeyli artacağı proqnozlaşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv