Bakıda tələbə qız özünü asdı
Bakıda intihar hadisəsi baş verib.
Binəqədi rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində yerləşən hərbi şəhərcikdə qeydə alınıb.
Orada yaşayan, 1995-ci il təvəllüdlü Çiçək Zakir qızı Xəlilli şəhərciyin həyətindəki yarımtikilidə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Polisdən həmçinin bildirilib ki, Çiçək Xəlilli universitet tələbəsi olub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.