Gəncə teatrı yaxınlığında 42 yaşlı kişi bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi olub. APA TV-nın qərb bürosunun xəbərinə görə, Samux rayonunun Kolayır kənd sakini, 1973-cü il təvəllüdlü Muradil Misirov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. M.Misirovun Gəncə Dövlət Dram Teatrının binası yaxınlığında bıçaqlandığı bildirilir. Cinayətin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli