Gəncədə FHN-in 10 illiyi münasibətilə tədbir keçirildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illiyi münasibətilə Gəncədə tədbir keçirilib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, FHN-in Gəncədə yerləşən yerli qurumlarının rəhbərləri və əməkdaşları əvvəlcə şəhərin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət ediblər.

 

Daha sonra nazirliyin Gəncə Regional Mərkəzində toplantı keçirilib. Tədbirdə FHN-in fəaliyyətinə həsr olunan film izlənilib.

 

Mərkəzin rəis müavini, polkovnik Əzizağa Əliyev, sektor müdiri Elnur İmanov və digərləri çıxış edərək, FHN-in son ildə gördüyü işlər və qarşıya qoyulan vəzifələr barədə danışıblar. Bildirilib ki, ölkə rəhbərinin qayğısı sahəsində qurumun maddi-texniki və kadr potensialı getdikcə güclənir. İstənilən fövqəladə hadisənin tez və vaxtında qarşısının alınması üçün hər bir şəraitin olduğu bildirilib.

 

Tədbirdə iştirak edən qonaqlarda FHN-in əməkdaşlarını yubiley münasibətilə təbrik ediblər.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli