Xaçmazda yük maşını iki atı vurub

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin  şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Canağır kəndi ərazisində qeydə alınıb. Xaçmaz rayonu, Qımılqışlaq kənd sakini Pərvin Məmmədseyidov idarə etdiyi  “Qazel” markalı yük maşını ilə Xaçmaz rayon Şıxaput kənd sakinləri Adil Poladova və Zaur Bədəlova məxsus iki at arabasını vurub. Qəza nəticəsində atların hər ikisi tələf olub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vəli Turan