Azərbaycanda dollar bahalaşdı, avro və rubl ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, Mərkəzi Bank ABŞ dollarının rəsmi məzənnəsini 1.0499 manat olaraq müəyyənləşdirib. Avronun dəyərində ucuzlaşma müşahidə olunur, 1 avronun kursu 1.1394 manat olaraq açıqlanıb. Rusiya rublu isə dəyərdə düşməkdə davam edir. Hazırda 1000 rubl 14 manat 90 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank həftənin son valyuta məzənnələrini sabah açıqlayacaq.