Goranboyda müəmmalı bıçaqlanma: qəsd, yoxsa intihara cəhd?
Goranboyda bıçaqlanma hadisəsi olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Baxçakürd kənd sakini, 34 yaşlı Rauf Məhərrəmov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
İlkin məlumata görə, Rauf Məhərrəmov münaqişə zəminində qohumu tərəfindən bıçaqlanıb. Onun özünə bıçaqla xəsarət yetirdiyi də istisna olunmur.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.