Ələkrəm Hümmətov Ermənistana gedib
Separatçı “Talış-Muğan Respublikası”nın lideri, dövlətçilik əleyhinə fəaliyyətlərinə görə Azərbaycan vətəndalığından məhrum edilmiş Ələkrəm Hümmətov Ermənistana gedib. APA TV-nin “ARMTODAY” saytına istinadən məlumatına görə, onun İrəvana səfərində məqsəd Ermənistan Dövlət Universitetinin iranşünaslıq kafedrasının nəzdində fəaliyyətə başlayacaq “Talışşünaslıq” proqramının açılış mərasimində iştirak etməkdir. Erməni mənbələri separatçı Hümmətovun həmçinin, Ermənistan siyasi dairələrində görüşlər keçirəcəyini, Azərbaycanın işğal altında olan ərazilərinə səfər edəcəyini bildirirlər.