Şirvanda silsilə oğurluqlar etmiş cinayətkarlar tutulub
Şirvan polis şöbəsinin əməkdaşları 8 evdən oğurluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri - 19 yaşlı Abbasov Zahid Eldar oğlu və 21 yaşlı Əliyev Elçin Elşən oğlunu saxlayıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, həmin şəxslər müxtəlif vaxtlarda mənzillərə daxil olaraq, xeyli miqdarda qızıl-zinət və məişət əşyaları oğurlamaqla vətəndaşlara xeyli miqdarda maddi ziyan vurublar.
Şübhəli şəxslər 11 sentyabr 2015-ci il saat 03:00 radələrində Yaqubov Roman Albert oğluna məxsus evə daxil olaraq, oradan 5750 manat dəyərində qızıl-zinət əşyaları götürüblər.
Bundan başqa, onlar dekabrın 7-si və 13-də gecə saatlarında Şirvan sakini Mehriban Qurbanovaya məxsus gözəllik salonundan ümumilikdə 779 manat dəyərində əşyalar oğurlayıblar.
Zahid Abbasov və Elçin Əliyev 14 dekabr 2015-ci il tarixdə saat 02:00 radələrində Muradov Elşən Novruz oğluna məxsus fərdi yaşayış evindən 175 manat dəyərində məişət texnikası və əşyalar oğurlayıblar.
Elçin Əliyev təkbaşına mayın 8-i gecə saat 02:00 radələrində Mətanət Səmədovaya məxsus fərdi yaşayış evindən 3300 manat və 2000 ABŞ dolları miqdarında qızıl-zinət əşyaları oğurlayıb.
Adı çəkilən şəxslər sonuncu dəfə İsrail Soltanova məxsus mağazadan oğurluq etmək istəyərkən mağaza sahibi tərəfindən yaxalanaraq polisə təhvil verilib.
Saxlanılan Zahid Abbasov bildirib ki, dükana axşam girmək istədiklərini bildirib: "Dükana girmək istəyirdik. Girdik, polis işçiləri tutdu. Qaçmaq istəyəndə tutublar".
Hər iki şəxs barəsində Şirvan polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.