Azərbaycan və Ermənistan prezidentlərinin görüş yeri dəqiqləşdi

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün yeri və vaxtı dəqiqləşib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, görüş dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək.

 

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Müəllif | Apa.Tv
Apa.tv