“Ağaoğlu” Şirkətlər Qrupu: "Türkiyədə əcnəbilər ən çox bizdən ev alır"
“Ağaoğlu” Şirkətlər Qrupu İstanbul Beynəlxalq Maliyyə Mərkəzi və Bakırköy layihələri ilə Bakıda keçirilən Azərbaycan Daşınmaz Əmlak və İnvestisiya Sərgisində - RECEXPO-da iştirak edib. Beynəlxalq tədbirləri Türkiyənin tanıtımı ve inkişafı üçün bir fürsət olaraq dəyərləndirən “Ağaoğlu” Şirkətlər Qrupu Körfəz bölgəsindən sonra Qafqaz bölgəsini də yaxından izləməyə başlayıb. Sektorla bağlı beynəlxalq tədbirlərin əhəmiyyətinə diqqət çəkən şirkətin İcra Qurumunun rəhbəri Öndər Halisdəmir bildirib ki, qrup olaraq xaricdəki tədbirləri həm Türkiyənin tanınması, həm də işləri inkişaf etdirmək baxımından fürsət olaraq görür, bu bölgələrə ciddi investisiyalar qoyurlar.
"Ağaoğlu" Şirkətlər Qrupu olaraq Azərbaycanda keçirilən sərgiyə ilk dəfə bu il qatıldıq. Sərginin çox hərəkətli keçdiyini görürəm. Ağaoğlu Qrupu bu sektorda 35 ildir fəaliyyət göstərir və inşaat sektorunun ən qədim şirkətlərindən biridir. Bu günə qədər ümumi sahəsi 7 milyon kvadratmetr olan 30 mindən artıq ev tikdik. Xaricilərə ev satışında da şirkətimiz liderdir. Əcnəbi vətəndaşlara 2 milyard dollardan artıq dəyəri olan mülklər satmışıq. Ən fərqli cəhətlərimizdən biri odur ki, binaların idarəetməsini özümüz həyata keçiririk. Bununla da bizdən ev, mağaza satın alanlar idarəetmə prosesində də professional yanaşma ilə qarşılaşırlar. Bütün bu işlərimizi Azərbaycandakı müştərilərimizə tanıtmaq bizim üçün qürurvericidir. İstanbulun bir çox yerini biz tikmişik. Şəhərin həm Avropa, həm Asiya hissəsində layihələrimiz gerçəkləşib, məsələn, Maslakdakı layihəmiz 5 mindən artıq mənzili əhatə edir. Bu, 160 min kvadratmetr ofis, mağaza yeri, 20 milyon kvadratmetr mənzil sahəsi olan bir layihədir. Biz çox böyük bir qrup olduğumuz üçün bizim bütün inşaat obyektlərimiz təxminən bu ölçüdə olur. Türkiyənin inşaat sektorunda ən böyük firma bizik. Satış və sənədləşmə prosesini də özümüz həyata keçiririk. Bu, xüsusilə ev, çülk alan əcnəbi vətəndaşların işini asanlaşdırır. Bu işləri son dərəcə peşəkar əməkdaşlarımız həyata keçirir. Bu səbəbdən bizim inşa etdiyimiz mənzillərdə 81 millətdən olan insan yaşayır. Ağaoğlu Qrupu olaraq çox mədəniyyətli, çox dilli peşəkar əməkdaşlara sahibik. Bu səbəbdən müştərilərin əksəriyyəti də Ağaoğlu Qrupundan ev almağa üstünlük verir.
Azərbaycana gələcəkdə sərmayə yatırmağı düşünən şirkət bununla bağlı Azərbaycanın iş adamları ilə danışıqlar aparacaq. Şirkətlər Qrupunun Türkiyədə inşa etdiyi mənzillərin qiymətinə gəlincə, Öndər Halisdəmir vurğulayıb ki, 1 kv/metri 3500 türk lirəsindən başlayan mənzillərin dəyəri təxminən 1 kv/metr üçün 10 000 lirəyə kimi artır. Satışların 30 faizi isə təkrar müştərilərin payına düşür.
Qeyd edək ki, Ağaoğlu Şirkətlər Qrupunun inşa edəcəyi İstanbul Beynəlxalq Maliyyə Mərkəzində MDDK, SPK, TAO Daşınmaz Əmlak, İŞ GYO kimi mühüm qurumların baş idarələri yerləşəcək. Bakırköy layihəsi isə 81 faizlik yaşıllıq sahəsi və Bakırköy sahilində yerləşməsi ilə önə çıxır. Layihə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən açıqlanan İstanbulun ən böyük şəhər parkına qonşu olması və nəqliyyat imkanlarının asan olması ilə diqqət çəkir.