Prezident Administrasiyası: Radikal dini qruplar öz istəklərinə nail ola bilməyəcək

Dini Qurumlarla İş üzrə Dövləti Komitəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclər dini radikalizm və ekstremizmə yox deyir” mövzusunda konfrans keçirib.

 

APA TV-nin məlumatına görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda din-dövlət münasibətlərindən danışıb.

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bəzi gənclər qara qüvvələrin əlində alət olur: “Təbliğat işlərində aktivlik nümayiş etdirilməlidir. Gənclərimiz tədris ocaqlarında yalnız təhsillə məşğul olmalıdır. Təhlükəli dini cərəyanların yayılması qağandır, bu məsələdə ailə və tədris müəssisələrinin üzərinə mühüm vəzifə düşür. KİV-lər də bu işlərdən yaxalarını kənara çəkməməlidirlər. Azərbaycan gəncliyi vətənpərvər, dövlətçiliyinə sadiqdir. Azərbaycanda gənclərimizi öz niyyətləri üçün istifadə etməyə çalışan bəzi radikal dini qruplar öz istəklərinə nail ola bilməyəcəklər. Gənclərimizin dini ekstremizm və radikalizmə qarşı mübarizəsinə biz də dəstək veririk”.

 

Deputat Şahin İsmayılov deyib ki, Nardaranda birinci sinfə gedən qızların yalnız 10 faizi 11-ci sinfə qədər oxuyur: “Bu kimi halların aradan qaldırılması vacibdir”.

 

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, dini xurafata qarşı mübarizədə təhsil böyük önəm daşıyır: “Biz ilk növbədə azərbaycançı olmalıyıq. Müstəqillik bizə elə-belə verilməyib, şəhidlərimiz olub. Torpaqlarımızı da işğaldan sülh yolu ilə azad etməyə çalışırıq, bu olmayacaqsa, bu torpaqları da döyüşərək azad edəcəyik”.

 

Tədbir çıxışlarla davam edib.

 

Müəllif | Apa.Tv
Apa.tv