Dollar və avronun məzənnəsi dəyişmədi

Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, Mərkəzi Bank ABŞ dollarının rəsmi məzənnəsini ötən gün olduğu 1.0499 manat olaraq müəyyənləşdirib.

 

Avronun məzənnəsi də dəyişməyib, 1 avronun kursu 1.1394 manat olaraq açıqlanıb.

 

Rusiya rublu isə dəyərdə düşməkdə davam edir. Hazırda 1000 rubl 14 manat 80 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank növbəti məzənnəni dekabrın 21-də açıqlayacaq.

Müəllif | Apa.Tv
Apa.tv