Nərimanovda motosiklet piyadanı vurdu
Ötən gecə paytaxtın Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, "Şərq bazarı"nın yaxınlığında motosiklet piyadanı vurub.
Qəza nəticəsində piyada Dmitri Prokfeyev və motosikletin Aysel adlı xanım sərnişini xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Motosikletin sürücüsünün ifadəsi alınıb. Faktla əlaqədar araşdırmalar aparılır.