Yasamalda avtomobil qəfildən alışdı - KURYOZ

Ötən gecə Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Həsən bəy Zərdabi küçəsindəki  qeydə alınıb.

 

Dayanacaqda dayanan avtomobil qəfildən yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Yasamal rayon hissəsinin  yanğınsöndürənləri cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb. Alovun ətrafa yayılmasının qarşısı alınıb.

 

Avtomobilin sahibinin sözlərinə görə, maşını bir aya yaxındır ki, idarə etmir. Avtomobili dayanacaqda saxlayıb. İşlək vəziyyətdə olmayan avtomobildə baş verən yanğını FHN-in  mütəxəssisləri araşdırır. Faktla əlaqədar araşdırmalar davam edir.

Müəllif | Apa.Tv