İŞİD son ayların ən genişmiqyaslı hücumunu həyata keçirib
İŞİD terrorçuları son 5 ay ərzində İraqın şimalında ən böyük hərbi əməliyyat həyata keçirib.
APA TV-nin "The New York Times"a istinadən xəbərinə görə, hücuma əsasən kürd peşmərgələrin Başika düşərgəsindəki mövqeləri, Narvan və Tal-Asvad yaşayış məntəqələri məruz qalıb.
Hücumun qarşısı ABŞ rəhbərliyi altında koalisiyanın dəstəyi ilə alınıb.
Aviazərbələr nəticəsində təxminən 280 terrorçu öldürülüb. Toqquşmalarda kürdlər də böyük itki verib.
Qeyd edilir ki, hücumda məqsəd koalisiya qüvvələrinin zəiflədilməsi və Mosulun geri qaytarılmasına hazırlıq olub.