Ağstafada "Mercedes" "KamAZ"la toqquşdu: yaralılar var

Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“Mercedes” markalı minik avtomobili ilə  “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində “Mercedes”də olan iki nəfər, Ağstafa rayon sakinləri, 1989-cu il təvəllüdlü Əvəz Alıməmmədov və 1988-ci il təvəllüdlü Orxan Yusibov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv