Bakıda mülayim hava şəraiti davam edəcək
Dekabrın 19-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, sabah havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı bildirilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.