Jurnalist Gülər Məmmədova dünyasını dəyişdi
ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova ötən gecə xəstəxanada dünyasını dəyişib. APA TV-nin məlumatına görə, son günlər vəziyyəti ağırlaşan Gülər Məmmədova üç gündür süni nəfəs aparatına qoşulmuşdu.
Qeyd edək ki, Gülər Məmmədova uzun müddətdir qan xərçəngindən əziyyət çəkirdi. O, Türkiyədə müalicə olunub Azərbaycana qayıtsa da, bir neçə ay sonra yenidən eyni xəstəliyə tutulmuşdu. Gülər Məmmədova bir daha Türkiyəyə qayıtmalı və ağır müalicələr qəbul etməli olmuşdu.
Gülər Məmmədovanın iki azyaşlı övladı (Osman və Ayan) qalıb.
Mərhum jurnalist bu gün Qubanın Nərimanovka kəndində torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!