Magistralı keçmək istəyən piyada "Land Rover"in altında qaldı
Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax magistral yolunun 235-ci kilometrliyində, Ucar rayonu ərazisində qeydə alınıb.
Yevlax rayon sakini, 36 yaşlı Məmmədov Kənan Rafiq oğlu idarə etdiyi "Land Rover" markalı avtomobillə yolu keçən piyada - Ucar rayonunun Qarabörk kənd sakini, 54 yaşlı Həsənov Arif Musa oğlunu vurub. Ağır xəsarətlər alan Arif Həsənov hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, adı çəkilən ərazidə tez-tez yol qəzaları baş verir. Sürücülər bunu həmin ərazidə yol ötürücü nişanlarının olmaması ilə əlaqələndirirlər.