Şirvanda vurulan piyada xəstəxanada öldü
Şirvanda avtomobillə vurulan piyada xəstəxanada ölüb. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Şirvan şəhərinin Heydər Əliyev prospektində baş verib. Şirvan şəhər sakini, 66 yaşlı Soltanova İntizar Məhəmməd qızı avtomobillə vurulma nəticəsində açıq kəllə-beyin travması, çoxsaylı sınıq xəsarətləri ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirib. İntizar Soltanova 40 dəqiqə sonra aldığı ağır bədən xəsarətlərindən özünə gəlmədən dünyasını dəyişib.
Piyadanı ölümcül yaralayan sürücü hadisə yerindən qaçıb. Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən avtomobilin və sürücünün tapılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb.