Bakıda müəmmalı ölüm: qətl, yoxsa intihar?

Ötən gecə Bakıda 29 yaşlı kişi aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib. APA TV-nin məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.

 

Ağadadaş Qurbanov küçəsi 77 ünvanında 29 yaşlı Adil Məmmədov bıçaqlanıb. O, təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlər Adil Məmmədovun öldüyünü müəyyən ediblər.

 

Polis və prokurorluq əməkdaşları hadisənin baş verdiyi evdə müayinələr aparıblar.

 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Adil Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı heç kim şübhəli şəxs qismində saxlanılmayıb.

 

Adil Məmmədovun öz-özünə bıçaq xəsarəti yetirdiyi və bunun nəticəsində öldüyü də istisna edilmir.

 

Faktla bağlı Nəsimi rayon prokurorluğundan cinayət işi başlanılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv