Ucar sakini qeyri-rəsmi yaşadığı 18 yaşlı qadını öldürdü

Ucar rayonunda qətl törədilib.

 

Rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən xəbərə görə, hadisə ötən axşam rayonun Türkəçi kəndində baş verib.

 

Ucar şəhər sakini, 1990-cı il təvəllüdlü Abbasov Elman Xanoğlan oğlu ilə qeyri-rəsmi nikahda yaşadığı, rayonun Ənvər Məmmədxanlı kənd sakini, 1997-ci il təvəllüdlü Səlimova Aytən Sabir qızı qonaq gəldikləri evdən qayıdarkən aralarında mübahisə yaranıb.

 

Mübahisə zəminində Elman Abbasov küt alətlə Aytən Səlimovanı qətlə yetirib.

 

Hadisəni törədən şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

 

Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Zahid Abışov