Bakıda Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının 21-ci konfransı keçirilir

Bakıda Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının 21-ci konfransı və Baş Assosiasiyasının iclası kecırilib. APA TV-nin xəbərinə görə, tədbirdə Azərbaycan da daxil olmaqla 21 ölkənin nümayəndə heyəti iştirak edib. Tədbir iştrakçıları əvvəl Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra  nümayəndə heyəti Azərbaycan rəssamlarının cəkdiyi şəkillərə baxıb.  Konfransda cıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, Ümumdünya Gömrük Muzeyləri Assosiasiyasında 24 təşkilat fəaliyyət göstərir.

 

Komitə sədri Azərbaycanda belə bir tədbirin ilk dəfədir təşkil olunduğunu deyib: “Bu tədbirin keçirilməsində məqsəd gömrük əlaqələrini genişləndirməkdir».

 

Konfransda “Muzeyin internet səhifəsi - ziyarətçilər və media ilə qarşılıqlı əlaqələrin yeni kanalı”, Azərbaycan Milli Komitəsi mədəni irsin keşiyində, “Elektron lövhə - yeni nəslin kitabı mövzularında təqdimat keçirilib.

 

Müəllif | Apa.Tv