Cəbhədə döyüşlərdə daha bir erməni öldürüldü

Azərbaycan qoşunlarının təmas xəttində gedən döyüşlərdə daha bir erməni hərbçi öldürülüb. APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, atışma Dağlıq Qarabağ cəbhəsində baş verib. Azərbaycan Ordusunun açdığı atəş nəticəsində 19 yaşlı hərbçi Fidar Aloyan ölüb.

 

Qeyd edək ki, son günlər qoşunların təmas xəttində vəziyyət xeyli gərginləşib. Erməni silahlı bölmələri son bir neçə gündə bir neçə hərbçisini itirib. Azərbaycan Ordusu da döyüşlərdə itki verib.

 

Müəllif | Apa.Tv
Apa.tv