Əhməd Davudoğlu: "Putini ciddiyə almıram, o..."
Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinin rəsmi Ankaranın ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hökumət rəhbəri bildirib ki, Rusiya prezidenti Vladimir Putinin sözləri sovet təbliğatı mahiyyətli olduğu üçün bu fikirləri ciddiyə almır.
“Mən hazırda Putinin şəxsində Soyuq Müharibə dövrünü keçmiş demokratik Rusiyanın liderini deyil, Rusiya adına danışan sovet zehniyyətli şəxsi görürəm. Putin yəqin "KQB" dövrlərində qalıb. Verdiyi hər açıqlama gülüşə səbəb olur. Bu açıqlamaları ciddi qəbul etməyi özümə təhqir sayıram”.
Xatırladaq ki, Putin illik mətbuat konfransındakı açıqlamasında Türkiyədə olan bəzi şəxslərin ABŞ-a yaltaqlanmaq üçün SU 24 təyyarəsini vurduğunu iddia etmişdi.