Con Makkeyn: Obamanın təsdiqlədiyi büdcə layihəsi Rusiya üçün sərfəlidir

Senator Con Makkeyn Birləşmiş Ştatların 2016-cı il üzrə qəbul edilmiş büdcə layihəsinin Rusiya üçün əlverişli olduğunu hesab edir. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, o bildirib ki, yeni büdcə şərtləri Rusiyanın raket mühərriklərinin alınmasına tətbiq edilən qadağanı müvəqqəti olaraq aradan qaldıracaq. Bu isə Rusiyanın qarşısında milyonlarla dollar mənfəət əldə edilməsi perspektivinin açılması deməkdir.

Daha öncə Barak Obamanın 1,1 trilyon dollarlıq büdcə layihəsini imzaladığı bildirilib. Sənəd Konqresin hər iki palatası tərəfindən də təsdiqlənib. Sözü gedən layihə Pentaqonun raket mühərriklərinin hansı ölkədə istehsal edilməsindən asılı olmayaraq həmin ölkələrlə müqavilə bağlaya biləcəyini nəzərdə tutur. Bu isə o deməkdir ki, Rusiya istehsalçısı olan United Launch Alliance  şirkəti Pentaqonun tenderlərində yenidən SpaceX  ilə rəqabət aparmaq imkanı qazanacaq.

Qeyd edək ki, sözü gedən şirkət 2019-cu ilə kimi Rusiya istehsalı olan mühərriklərlə təmin edilib. Bundan sonra həmin cihazların yerli analoqlarının istehsalına başlanacağı nəzərdə tutulub. SpaceX isə buraxılış üçün öz istehsalı olan Falcon 9 mühərriklərindən istifadə edir. 2014-cü ildə Konqres alternativ mühərriklərin yaradılması üçün vəsait ayırıb.

Müəllif | Apa.Tv
Apa.tv