Zaqatala sakini qaz sobasında yanaraq öldü
Zaqatalada qaz sobasının üstünə yıxılan 67 yaşlı kişi yanaraq ölüb. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, dekabrın 18-də axşam saatlarında Anar Həmidov küçəsi, ev 25 ünvanında kişi meyiti aşkarlanması barədə təcilli tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə gedən həkim briqadası ev sahibi, 1948-ci il təvəllüdlü Bəkir Şampir oğlu Bəkirovu yanmış meyiti ilə qarşılaşıb.
Hüquq-mühafizə orqanlarından APA TV-yə bildirilib ki, ilkin ehtimala əsasən, B. Bəkirov hələlik bilinməyən səbəbdən huşunu itirərək yanar qaz sobasının üstünə yıxılıb. Hadisə baş verən zaman evdə tək və köməksiz vəziyyətdə olan Bəkir Bəkirov yanıq xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.