Bazar günü Bakıda yaz havası yaşanacaq

Bakı və Abşeron yarımadasında dekabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.  

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-4, gündüz 8-11, Bakıda gecə 1-3,  gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

  

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.  

 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  2-7  dərəcə isti olacağı gözlənilir.

    

Müəllif | Apa.Tv
Apa.tv