İŞİD Mosula hücuma keçdi

İraq ordusu Bağdadın 100 kilometr qərbində yerləşən və Anbar əyalətinin inzibati mərkəzi olan Ramadi şəhəri üzərində nəzarətin bərpa edildiyi barəsində məlumat yayıb. APA TV-nin məlumatına görə, sözü gedən şəhər İŞİD silahlıları tərəfindən altı ay bundan öncə işğal edilmişdi. Bununla belə, hələ də yüzlərlə İŞİD döyüşçüsünün şəhərin xarabalıqlarında mövqe tutduğu bildirilir.

 

Bu arada, İraq hərbi komandanlığı üsyançıların mövqelərinə hava zərbələri endirilməsini əks etdirən yeni görüntülər yayıb.

 

İŞİD isə kürd silahlılarının Mosul ətrafındakı mövqelərinə hücum edib. Müşahidəçilər eyni zamanda bir neçə yaşayış məntəqələrini əhatə edən hərbi əməliyyatların  son ayların ən irimiqyaslı silahlı insidenti olduğunu hesab edir. Birləşmiş Ştatlar hərbçiləri hücumun qarşısının hərbi aviasiyanın dəstəyi ilə peşmərgə qüvvələri tərəfindən alındığını bildiriblər. Buna baxmayaraq, döyüşlərdə onlarla kürd döyüşçüsü öldürülüb. 

Müəllif | Apa.Tv
Apa.tv