FHN Kür çayında dibdərinləşdirmə işləri aparır

FHN-nin Dib Də­rin­ləş­dir­mə İş­lə­r ida­rə­si Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində dibdərinləşdirmə işlərinə başlayıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bu məqsədlə çayda lilsoran qurğu fəaliyyət göstərir. Lilsoran qurğu vasitəsilə su səthindən 14 metr dərinliyində dibdərinləşdirmə işləri aparılır.

 

Lilsoran qurğu gün ərzində yerindən asılı olaraq 15-20 metr lil sovuraraq irəliləyə bilir.

Qeyd edək ki, çayın dibindən çıxarılan su-qrunt qarışığı borular vasitəsilə rayon ərazisndə ça­y  bo­yun­ca yerləşən 3 sudurulducu hovuza yönəldilir. Ora­dan tə­miz­lə­nən su isə su ötü­rü­cü va­si­tə­si­lə 560 mil­li­metr­lik bo­ru­lar va­si­tə­si­lə ye­ni­dən Kür ça­yı­na axı­dı­lır. Bu günə kimi çayın 600 metr hissəsi lildən təmizlənərək dibi dərinləşdirilib. Ha­zır­da Kür ça­yı bo­yun­ca dib­də­rin­ləş­dir­mə iş­lə­ri da­vam et­di­ri­lir. 

 

2015-ci ilin yan­var ayı ər­zin­də Kür ça­yın­da 137 min 960 kub­metr­dən ar­tıq lil çı­xa­rı­lıb və 1080

met­rə ya­xın mə­sa­fə­də dib­də­rin­ləş­dir­mə iş­lə­ri gö­rü­lüb. 

Müəllif | Apa.Tv
Apa.tv