Azərbaycan və Ermənistan prezidentləri görüşdü
İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev dekabrın 19-da əvvəlcə İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.
APA TV-nin "Azərtac"a istinadən verdiyi məlumata görə, görüşdən sonra birgə foto çəkdirilib.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü olub.
Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.