Azərbaycanda dollar kəskin bahalaşdı: 1,55 manat!

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

 

Bu barədə AMB-nin açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.

 

Bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 47,88% və ya 0,5456 manat artaraq 1,1394 manata yüksəlib.

 

Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3% və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub.

Müəllif | Apa.Tv
Apa.tv