Şəhid əsgərimiz Xaçmazda dəfn olundu

Azərbaycan Ordusunun ötən gün erməni silahlı bölmələri ilə döyüşdə şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü İbrahim Əvəz oğlu Nurməmmədzadə dəfn olunub.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, cəbhənin Beyləqan istiqamətində şəhid olan əsgər doğulduğu Xaçmaz rayonunun Xudat şəhərində torpağa tapşırılıb.

 

Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, əsgərin xidmət etdiyi hərbi hissəsinin hərbçiləri və rayon sakinləri iştirak ediblər.

 

Qeyd edək ki, İ.Nurməmmədzadə Xaçmaz rayon Hərbi Komissarlığından bu ilin iyul ayında hərbi xidmətə yola salınıb.

 

Müəllif | Apa.Tv
Vəli Turan