TBMM sədri: “Azərbaycanda dövlət rəsmiləri ilə görüşlərimiz olacaq”
“Azərbaycanda dövlət rəsmiləri ilə görüşlərimiz olacaq”. APA-nın xəbərinə görə, bunu Azərbaycana səfərə gələn Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanı öz vətəni hesab etdiyini bildirib: “Türkiyədə hər yeni hökumət qurulanda iqtidar təmsilçiləri ilk xarici səfərlərini Kiprə və Azərbaycana edirlər. Baş nazir Əhməd Davudoğlu da ilk səfərini Azərbaycana etmişdi”.