Səlahəddin Dəmirtaş Lavrovla görüşmək üçün Moskvaya gedir - NONSENS
Türkiyənin müxalifət partiyası olan HDP-nin həmsədri Səlahəddin Dəmirtaşın bu həftə Moskvaya səfər edəcəyi gözlənilir. APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, Rusiyanın Xarici İşlər Nazirliyindən fakt təsdiqlənib. Səlahəddin Dəmirtaşın nazir Sergey Lavrovla görüşəcəyi bildirilir.
Səfərin bu həftə baş tutacağı açıqlanıb. Dəmirtaş dekabrın 23-də Rusiyanın xarici işlər naziri ilə bir araya gələcəyini qeyd edib.
Görüş zamanı HDP-nin Moskva nümayəndəliyinin açılması məsələsi müzakirə ediləcək.
Türkiyənin Rusiya paytaxtındakı səfirliyindən bu haqda heç bir şərh verilməyib.
Xatıtladaq ki, HDP Türkiyənin terrorçu təşkilat elan etdiyi PKK-nı dəstələyən siyasi partiyadır.