Samuxda 62 yaşlı qadını öldürüb evini yandıranlar tutuldu
Samuxda 62 yaşlı qadının əllərini bağlayıb, boğazını kəsərək evini yandıran üç nəfər saxlanılıb.
APA TV-nın qərb bürosunun xəbərinə görə, dekabrın 18-də axşam saatlarında Samux şəhərində rayon sakini, 1953-cü il təvəllüdlü Lütviyyə İsmayılovanın evini qarət edib yandıran, özünü isə qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Qeyd olunan cinayət işinin törədilməsində şübhəli bilinən 27 yaşlı Rəşad Məqsəd oğlu Nəsibov, 25 yaşlı Azad Əlahəddin oğlu Günəşli və 28 yaşlı Pərviz Süliddin oğlu Həsənov şübhəli şəxs qismində saxlanılıb.
Cinayəti törədən şəxslərin evdən qızıl və digər qiymətli əşyalar apardığı bildirilir.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.