Bakının valyutadəyişmə məntəqələrində SON DURUM
Bu gün Bakının valyutadəyişmə məntəqələrində xarici valyutaların yeni kurslarına uyğun cədvəllər asılıb.
APA TV şəhərin müxtəlif valyutadəyişmə məntəqələrində çəkiliş aparıb. Məntəqələrdə heç bir ajiotaj müşahidə olunmayıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu gündən üzən məzənnə rejiminə keçildiyini elan edib. Bu qərardan sonra 1 ABŞ dollarının kursu 1.55, 1 avronun kursu 1.7 manat olub.