Zaqatalada ər-arvad dəm qazından boğuldu

Zaqatalada ər-arvad dəm qazından zəhərlənib.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, dekabrın 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd sakinləri, 1992-ci il təvəllüdlü Rauf Əlibəy oğlu Kırtımov və onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Kəlmət Rəcəb qızı Kırtımova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar.


Həkim müayinəsi zamanı məlum olub ki, ər-arvad yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.


Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən ər-arvadın vəziyyətinin hazırda orta-stabil olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov