Şəkidə minik maşını qoyun sürüsünə girdi: tələfat var
Şəki-Qax avtomobil yolunun Şəki rayonu Abbas kəndi ərazisindən keçən hissəsində qəza baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, qoyunlarını örüşə aparan Şəki rayonu Abbas kənd sakininin qoyunlarını minik maşını vurub. Nəticədə 5 baş xırda buynuzlu heyvan tələf olub, bir neçəsi isə xəsarət alıb.
Təsərrüfat sahibi Hacıalı Abdullayevin dediyinə görə, hər gün olduğu kimi, 60 başdan yuxarı qoyun sürüsünü örüşə aparırmış. Yolu keçərkən yola nəzarət etmək məqsədilə oğlunun və özünün əl işarələri verməsinə baxmayaraq, sürətlə gələn maşın sürüyə daxil olub. Müxtəlif bəhanələrlə hadisə yerindən uzaqlaşan sürücü isə hadisədə təsərrüfat sahiblərini günahlandırmağa çalışıb.