Dollar və avro yenə bahalaşdı - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları dekabrın ötən günü ilə müqayisədə manat qarşısında bahalaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1, 5511 manat olaraq müəyyənləşdirib.

 

Avronun kursunda da bahalaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,6939 manatdır.

 

Rusiya rublunun kursunda isə ucuzlaşma var. Hazırda 1000 rublun rəsmi kursu 21 manat 70 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.

Müəllif | Apa.Tv
Apa.tv