Novruz Məmmədov: "Əvvəlcə Türkiyənin ehtiyacı ödənəcək"
Avropa uzun müddət Bakı-Tbilisi-Qars dəmiryol xəttinin inşasına qarşı çıxıb. Bu barədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İstanbulda keçirdiyi görüşdə deyib: "Bakı-Tbilisi-Qars dəmirol xətti gələn il yekunlaşaq. Avropa uzun müddət bu xəttə qarşı çıxdı. İllərlə bu xəttin nə qədər vacib olmasını anlatmağa çalışmışıq. İndi onlar da dəstəkləyirlər. Tarixi İpək yolu yenidən canlanacaq".
Prezident Administrasiyası rəsmisi Bakı-Tbilisi-Ceyhan neft və Bakı Tbilisi-Erzurum qaz xətindən sonra Bakı-Tbilisi-Qars dəmiryol xəttinin dostluğumuzu möhkəmləndirəcək 3-cü xətt olduğunu xatirladıb.
Novruz Məmmədov TANAP layihəsindən də danışıb: "Əvvəlcə Türkiyənin ehtiyacı ödənəcək. Sonra Avropaya qaz satılacaq. İki ölkənin səyləri nəticəsində həyata keçən bu layihə başqa ölkələr tərəfindən çox qısqanlıqla qarşılanıb. Amma biz bunu tamamlayacağıq".
Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, enerji sahəsi başda olmaqla 4-5 il ərzində azərbaycanlıların Türkiyədəki yatırımları 20 milyard dollara çatacaq. Onun sözlərinə görə, Azərbaycanın yalnız Petkim adasında 7-8 milyard dollarlıq yatırım planı var.