"Taliban" Əfqanıstanda 6 ABŞ hərbçisini öldürdü

Əfqanıstanda hərbi patrul xidmətini həyata keçirən NATO hərbçilərinə qarşı terror aktı törədilib.

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, paytaxt Kabilin şimalında, Birləşmiş Ştatların "Baqram" hərbi bazası yaxınlığında kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 6 amerikalı hərbçi həlak olub, üç yaralanıb. Yerli polislərdən də üç nəfər xəsarət alıb.

Terror aktına görə məsuliyyəti "Taliban" qruplaşması öz üzərinə götürüb. Baş vermiş hadisə NATO-nun Kabildə yerləşən qərargahından da təsdiqlənib. Qərargahdan insidentlə bağlı hazırda araşdırma aparıldığı da bildirilib.

Müəllif | Apa.Tv
Apa.tv