Almaniya miqrantların deportasiyasına başladı

Almaniya hökuməti ölkə ərazisində qeyri-qanuni olaraq yaşayan və qaçqın statusunun olmasını isbat edə bilməyən şəxslərin deportasiyasına başlandığını elan edib.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, deportasiyaya məruz qalacaq miqrantların çoxu Almaniyaya iş tapmaq məqsədilə pənah gətirən Albaniya, Kosovo, Serbiya, Makedoniya, eləcə də Bosniya və Herseqovina vətəndaşlarıdır.


Ölkədən çıxarılmazdan öncə bu qəbildən olan şəxslər Miqrantların Qəbulu və Deportasiyası Mərkəzlərinə aparılır. Sonrakı 10 gün ərzində isə onların taleyi ilə bağlı qərar verilir. Hazırda deportasiya olunanlar üçün nəzərdə tutulan düşərgədə 850 nəfər əcnəbi vətəndaş saxlanılır.

 

Bir qədər öncə bura gətirilən 170 miqrant öz ölkəsinə göndərilib, 463 nəfər isə müvafiq prosedurlardan sonra Almaniyanı tərk edib. 2015-ci ilin əvvəlindən başlayaraq noyabrın sonuna kimi 18363 miqrant ölkədən çıxarılıb.

Müəllif | Apa.Tv
Apa.tv