İstanbulda əməliyyat: 2 qadın terrorçu öldürüldü

Türkiyə polisinin İstanbulun Qaziosmanpaşa rayonunda keçirdiyi anti-terror əməliyyatı nəticəsində PKK terror təşkilatının 2 qadın üzvü öldürülüb.
 

APA TV-nin Türkiyə saytlarına istinadən xəbərinə görə, əməliyyat terrorçuların məskunlaşdığı mənzildə keçirilib. Terrorçular polislərə atış açıblar. 4 polis əməkdaşı xəsarət alıb. 
 

Qeyd edək ki, əməliyyat İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin şəxsi heyətinə qarşı dekabrın 1-də bombalı hücumun araşdırılmasından sonra keçirilib.

Partlayışı həmin evdə yaşayan şəxslərin törətdiyi məlum olub. Onların başqa yerlərdə də terror aktları törətdiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv